Özbəkistanda İtaliya-Mərkəzi Asiya-Azərbaycan Aqrobiznes Forumu keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın paytaxtı Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan Aqrobiznes Forumu keçiriləcək.
BAKU.WS bu barədə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, Özbəkistan və İtaliya kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə bu ilin 23-24 mart tarixlərində Daşkənddə "Davamlı aqroekosistemlər üçün innovasiya, regenerativ kənd təsərrüfatı və rəqəmsallaşdırma" mövzusunda beynəlxalq Aqrobiznes Forumu keçiriləcək.
Qeyd edilir ki, forum kənd təsərrüfatı sektorunda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi, innovativ texnologiyaların və müasir aqrohəllərin müzakirəsi üçün mühüm platformadır.
"Bu forum iki ölkənin sahibkarları arasında davamlı biznes əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqi üçün mühüm platforma rolunu oynayacaq", - deyə məlumatda vurğulanır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...