Özbəkistan və Türkiyə iki il ərzində ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan və Türkiyə növbəti iki il ərzində qarşılıqlı ticarət dövriyyəsinin dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması barədə razılığa gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Türkiyədəki səfiri İlhom Haydarovun bu ölkənin ticarət naziri Ömər Bolatla görüşündən sonra məlum olub.
Danışıqlar zamanı tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. 2024-cü ilin yekunları üzrə qarşılıqlı ticarətin dəyəri 3 milyard ABŞ dollarına çatıb və indi bu rəqəmin təxminən iki dəfə artırılması hədəflənib.
Türkiyə tərəfi qarşıya qoyulan məqsədə çatmaq üçün böyük ehtiyatların olduğunu vurğulayıb, hər iki ölkənin məhsullarının dünya bazarlarında yüksək rəqabət qabiliyyətini qeyd edib.
Türkiyənin Özbəkistan, eləcə də Pakistan, Azərbaycan və İranla imzaladığı Preferensial ticarət sazişi çərçivəsində yaranan imkanlara xüsusi diqqət yönəldilib.
Danışıqlar zamanı Özbəkistan ixracatçıları üçün tarif və qeyri-tarif maneələrinin azaldılması məsələləri, o cümlədən elektrotexnika, tekstil və kabel məhsullarının əlavə idxal rüsumlarının azaldılması, həmçinin bəzi meyvə və tərəvəz növlərinin idxalına qoyulan məhdudiyyətlərin ləğvi müzakirə edilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...