Ötən il AÇG üzrə əsaslı xərclər artıb
2025-ci il ərzində BP və tərəfdaşları Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 564 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1 milyard 288 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.
BAKU.WS xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından 2025-ci ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
2024-cü il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 535 milyon dollar əməliyyat məsrəfləri və 1,293 milyon dollar əsaslı məsrəflər xərclənib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
Oxşar xəbərlər
SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb
2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 66 min metr qazma işləri həyata keçirilib. BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, şirkətin müs...