OPEC Azərbaycan üzrə hasilat proqnozunu azaldıb
Yeniliklərdən dərhal xəbərdar olun
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 700 min barel olacağını proqnozlaşdırır.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə OPEC-in aprel ayı üzrə hesabatında bildirilib.
Qeyd edilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 90 min barel azalacaq.
“2020-ci ildə “Çıraq” neft yatağında və “Şahdəniz” qaz-kondensat yatağında planlaşdırılan profilaktika işləri və razılaşdırılmış könüllü düzəliş (OPEC+ sazişi) nəzərə alınmaqla Azərbaycanda orta gündəlik hasilatın həcmi 90 min barel azaldılaraq orta hesabla 700 min barel həcmində proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatını azaldacaq
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən m...