Onlayn satış platformalarına məhdudiyyətlər tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.
Bu barədə BAKU.WS-ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.
"Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Mercedes Benz S320" - 3500 AZN - QİYMƏTLƏR
27 sentyabr 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 26 nəqliyyat vasitəsi çıxarılıb. Hə...