Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir

Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir
İqtisadiyyat 6

Mənzil təhlükəsiz yaşayışın, ailə dəyərlərinin möhkəmləndirilməsinin, təhsil və məşğulluğun əldə edilməsinin, ictimai proseslərdə iştirakın və yoxsulluğun qapalı dairəsinin aradan qaldırılmasının əsas komponenti kimi çıxış edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı bildirib.

"Bu səbəbdən biz uyğun mənzili yaşayış təhlükəsizliyi zəmanətləri, qiymət əlçatanlığı, binaların inşa keyfiyyəti, təmiz su və enerji resursları ilə təminat, nəqliyyat əlçatanlığı, təhsil müəssisələrinin, tibbi xidmətin və məşğulluq imkanlarının mövcudluğu, eləcə də tamdəyərli yaşayış mühitinin formalaşdırılması ilə kompleks şəkildə qiymətləndirməliyik", - nazir müavini vurğulayıb.

Ö.Bulut qeyd edib ki, Türkiyə mənzil məsələsini sosial inklüzivliyin, ictimai birliyin, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma nəzərə alınmaqla dayanıqlı inkişafın mərkəzi elementlərindən biri kimi qəbul edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər