Ölkəmizin tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? - İqtisadçıdan AÇIQLAMA
Mərkəzi Bank 2025-ci ilin doqquz ayı üzrə Azərbaycanın tədiyə balansını açıqlayıb. Sənəddən məlum olur ki, tədiyə balansındakı kəsir 1 milyard ABŞ dollarını ötüb.
Tədiyə balansındakı kəsir ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlərin fərqi olaraq, strateji valyuta ehtiyatlarındakı dəyişikliyi əks etdirir. Bəs bu vəziyyət ölkənin valyuta bazarı üçün nə vəd edir?
İqtisadçı Rəşad Həsənov məsələ ilə bağlı qeyd edib ki, tədiyə balansında kəsirin olması arzuolunan deyil və ictimaiyyətdə müəyyən narahatlıqlar doğurur:
"Bununla belə, kəsiri yaradan səbəblərin təhlili vəziyyətin hələlik o qədər də acınacaqlı olmadığını deməyə əsas verir. İdxalın artmasını şərtləndirən əsas faktor 2025-ci ilin ötən dövrü ərzində qeyri-monetar qızılın idxalıdır. Əvvəlki illə müqayisədə bu məqsədlə iki dəfəyə yaxın daha çox vəsait ayrılıb. Təxminən 4.4 milyard dollar vəsait qızıl idxalına yönəldilib ki, bu da Azərbaycan üçün kifayət qədər böyük göstəricidir. Lakin bu, nəzarət oluna bilən göstəricidir".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycana gətirilən yüklərin 40%-i Çin mənşəlidir
Azərbaycana gətirilən və tranzit olunan yüklərin 38-40%-i Çin mənşəlidir. BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-n...