Neftin qiymətinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - VACİB AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Maliyyə naziri Samir Şərifov ötən gün bildirib ki, dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə, büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxilolmaları 340 milyon manat azalması proqnozlaşdırıla bilər.
Neftin bir barelinin ucuzlaşmasından sonra büdcədə nə qədər itki ola bilər?
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov real tv-yə açıqlamasında bildirib ki, Dövlət Neft Fondu mövcud aktivləri ilə büdcə transferləri həyata keçirmək imkanına malikdir:
"Neftin dünya bazar qiyməti azalsa da, Dövlət Neft Fondunun proqnozlaşdırılan və nəzərdə tutulan transferləri reallaşdırmaq imkanı var. Çünki fondun aktivləri çoxdur. 2025-ci ildə bütövlükdə Azərbaycanın valyuta ehtiyatlarının 73 milyard dollar olacağı gözlənilir. Bu, da demək olar ki, ümumi daxili məhsul qədərdir. Bu, kifayət qədər ciddi bir rezerv ehtiyatının formalaşması anlamına gəlir.
Neftin dünya bazar qiymətindəki azalmalar baş verirsə, bu Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərə təsir göstərməyəcək. Sadə bir yanaşma ilə desəd, Dövlət Neft Fondunun özünün vəsaitləri var, həmin vəsaitləri dövlət büdcəsinə transfer etmək imkanına malikdir".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...