Neftin qiyməti bahalaşır: 84 dolları keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya neft bazarında qiymətlərdə artım müşahidə olunur. Səhər saatlarında keçirilən ticarət sessiyasında xam neftin qiyməti yüksələrək 84 dollar həddini keçib.
BAKU.WS xəbər verir ki, ICE birjasında 2026-cı ilin may ayı üzrə "Brent crude oil" markalı neftin fyuçerslərinin dəyəri səhər saatlarında əhəmiyyətli artım göstərib. Bakı vaxtı ilə saat 08:02-də qiymətlər 2,87 faiz bahalaşaraq bir barel üçün 83,74 dollara çatıb.
Ticarətin davamında isə artım daha da sürətlənib. Saat 08:17-də Brent neftinin fyuçersləri 3,5 faiz yüksələrək bir barelin qiymətini 84,25 dollara qədər qaldırıb.
Eyni zamanda ABŞ bazarında satılan "West Texas" Intermediate (WTI) markalı xam neft də bahalaşıb. Aprel ayı üzrə fyuçers müqavilələrinin qiyməti 4,14 faiz artaraq bir barel üçün 77,65 dollar səviyyəsinə yüksəlib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...