Neftin qiyməti 180 dollara qədər qalxa bilər
Birja ticarətində etalon Şimal dənizi markası olan Brent neftinin qiyməti cari ilin aprel ayının sonunadək bir barel üçün 180 dollara çata bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Saudi Aramco analitiklərinin proqnozuna istinadən məlumat yayıb.
Məlumata görə, İran yaxın vaxtlarda Hörmüz boğazını açmasa, qlobal bazarda neft qıtlığı daha da dərinləşəcək. Belə senari baş verərsə, artıq martın sonunadək xam neftin qiyməti 138-140 dollar aralığınadək yüksələ bilər.
Ekspertlərin fikrincə, bundan sonra da dünya bazarında neft qiymətlərinin artımı dayanmayacaq və aprelin ortalarınadək bir barel üçün 150 dollara çatacaq. Vəziyyət dəyişməz qalarsa, ayın sonuna qiymətlərin ən azı daha 30 dollar artacağı gözlənilir.
Qeyd edək ki, İran ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar fonunda dünya üzrə əsas neft marşrutlarından biri sayılan Hörmüz boğazının faktiki olaraq bağlandığını elan edib. Qadağa bütün gəmilərə, o cümlədən neft tankerləri və kommersiya gəmilərinə şamil olunub.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb. BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4.91 ABŞ dolları və ya 4.17% artaraq 122.7...