Neftin dünya qiymətlərinə kəskin eniş proqnozu verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında neft qiymətlərinin yaxın illərdə əhəmiyyətli dərəcədə ucuzlaşacağı gözlənilir.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə enerji sahəsi üzrə rusiyalı müstəqil ekspert Kirill Rodionov danışıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin sona çatması yüksək neft qiymətləri dövrünü bitirəcək.
Ekspert hesab edir ki, İranda münaqişənin başa çatması neft idxal edən ölkələr üçün əlverişli şərait yaradacaq. Bu isə ixracatçı ölkələr arasında rəqabəti daha da gücləndirəcək və nəticədə etalon Şimal dənizi markası olan Brent neftinin orta qiymətini aşağı salacaq.
Rodionovun proqnozuna görə, artıq 2027-ci ilə qədər Brent markalı neftin orta qiyməti bir barel üçün 60 dollar səviyyəsinə enə bilər. Onun fikrincə, qiymətlərin tədricən azalması prosesi 2026-cı ilin ikinci yarısından başlaya bilər.
Qeyd edək ki, İran və ABŞ arasında iki həftəlik atəşkəs elan olunduqdan sonra dünya bazarında neft qiymətləri sürətlə aşağı düşməyə başlayıb. Yaxın Şərqdə müharibənin ən gərgin dövründə Brent neftinin qiyməti 120 dollara yaxınlaşsa da, aprelin ilk ongünlüyünün sonuna doğru bu göstərici təxminən 97 dollar səviyyəsində sabitləşib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...