Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?
Video
İqtisadiyyat 15

Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması enerji qiymətlərini gündəmə gətirib. Ancaq reallıq budur ki, baş verən proseslər neft bazarında qiymətlərin artmasına səbəb olmaq əvəzinə ucuzlaşma ilə nəticələnib. Məsələn, "Brent" markalı neftin bir barelinin qiyməti iyunun 3-də 97.81 ABŞ dolları olduğu halda ayın 11-də bu göstərici 93.66 dollara enib.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

İqtisadçı Xalid Kərimli bildirib ki, geosiyasi risklər artıq çoxdan yüksəlib və bazar mövcud şəraitə adaptasiya olunub:

"Əvvəlki 55-60 dollarlıq qiymət çərçivəsində risk elementləri az idi. Amma indiki 95-100 dollarlıq qiymətlərin tərkibində bu geosiyasi risklər və gərginliklər artıq öz əksini tapdığı üçün hər yeni xəbərin təsiri daha az olur. Eyni zamanda bazarlar əvvəlki kimi kəskin emosional reaksiya vermir, gələn xəbərlərin davamını da izləyirlər. Çünki bir çox bəyanatlar bəzən sırf bazarlarla oynamaq məqsədi daşıyır və yaxud hansısa ritorikanın tərkib hissəsi kimi istifadə edilir. Hərbi aktlar isə qısamüddətli olur və bir neçə saata yekunlaşır. Bu baxımdan əvvəlki gərginlik və qeyri-müəyyənlik bir qədər azalıb".

Xalid Kərimli əlavə edib ki, həmçinin qlobal iqtisadi artımın səngiməsi neftə tələbatın azalmasına, qiymətlərin enməsinə gətirib çıxarır. Bundan başqa, müxtəlif istiqamətlərdə çətinliklərin aradan qaldırılması fonunda qlobal neft təklifinin kəskin azalmaması da qiymətin artmasına imkan vermir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər