Neft bahalaşdı, qaz isə ucuzlaşdı

Neft bahalaşdı, qaz isə ucuzlaşdı
İqtisadiyyat 41

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,67% artaraq 1 barelə görə 43,59 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,63% artaraq 41,23 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının isə qiyməti azalıb.

Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,33% azalaraq 1,98 ABŞ dolları təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neft və qaz yenidən ucuzlaşdı

Neft və qaz yenidən ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 1,21% azal...

3 İqtisadiyyat 10:16 17 sentyabr 2020

Son xəbərlər