Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Neft və neft məhsulları anbarları. Layihələndirmə normaları"nı təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, bu normalar yeni və yenidən qurulan neft və neft məhsulları anbarlarının layihələndirilməsinə şamil edilir və həmin obyektlər üçün yanğın təhlükəsizliyi tələblərini müəyyən edir.
Normalar aşağıdakılara şamil edilmir:
- xüsusi normalar əsasında layihələndirilən qeyri-mülki təyinatlı neft və neft məhsulları anbarları;
- sıxılmış karbohidrogen qazlarının saxlanılması üçün nəzərdə tutulmuş anbarlar;
- 20 °C temperaturda doymuş buxar təzyiqi 93,1 kPa-dan (700 mm civə sütunu) çox olan neft və neft məhsullarının anbarları;
- sintetik yağ əvəzedicilərinin saxlanılması üçün nəzərdə tutulmuş anbarlar;
- qaya süxurlarında və daş duz yataqlarında yerləşən yeraltı anbarlar;
- tərkibinə texnoloji qurğular daxil olan və ya texnoloji qurğu kimi istifadə olunan rerzervuarlar və digər tutumlar.
Komitənin Ümumi işlər və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...