Nəcməttin Dönməz Azərbaycan qazının Suriyaya ixracından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji bağımızı daha da gücləndirəcək.
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Elbeyli rayon üzrə təşkilatının sədri Nəcməttin Dönməz deyib.
O, tarixi bir hadisənin iştirakçısı olmaqdan qürur duyduğunu bildirib:
"Belə bir mühüm tədbirdə iştirakdan qürur duyuram. Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı çox mühüm bir addımdır. Bu qardaş ölkə ilə enerji bağımızı daha da gücləndirəcək".
"Ümid edirəm ki, Suriyanın bərpasında, enerji təhlükəsizliyinin artırılmasında Azərbaycan bundan sonra da öz təşəbbüslərini davam etdirəcək", - deyə N.Dönməz qeyd edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...