“NBCBank”-da “İnternet Banking” xidməti yeniləndi!
30
noy
2018
16:07
Hər zaman müştərilərini düşünən “NBCBank” ASC, yeni dizaynla və funksiyanallığı ilə müasir tələblərə cavab verən “İnternet Banking” sistemini daha da təkminləşdirərək müştərilərin istifadəsinə verdi. Artıq banka gəlmədən daha müasir və geniş imkanlara malik olan bu xidmətdən rahatlıqla istifadə edə biləcəksiniz. Bu sistem müştərilərə dünyanın istənilən nöqtəsindən öz hesablarını idarə etməyə, bununla da vaxta və pula qənaət etməyə imkan verir. “İnternet Banking” vasitəsi ilə ölkədaxili köçürmələri, büdcə ödənişləri, hesabdan çıxarışlar, konvertasiya əməliyyatları, əmək haqqı xidməti, onlayn hesablarınızı (depozit, plastik kart, kredit) izləmək və s əməliyyatlar mümkündür.“İnternet Banking” xidmətinə qoşulmaq tamamilə pulsuzdur.Xidmətdən yararlanmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.https://ibank.nbcbank.az/IBank/loginƏlavə məlumat 932 və ya WhatsApp +994 70 932 0 932
Oxşar xəbərlər
NBCBank-dan şad xəbər!
MAXİ kart sahibləri və partnyorlar üçün - yeni MaxiClub təqdim edilir.Artıq NBCBankın bütün maxi kart sahibləri “cash back” xidməti vasitəsi ilə partnyor mağaza...