NBC Bank gənc iqtisadçıları mükafatlandırdı - FOTO

İqtisadiyyat 1430
18 oktyabr tarixində AMEA-nın İqtisadiyyat İnstitunun 60 illiyinə həsr olunmuş və “İqtisadi artım və ictimai rifah” mövzusunda Beynəlxalq konfrans baş tutub. BAKU.WS xəbər verir ki, tədbirin açılışını AMEA-nın prezidendi, akademik Akif Əlizadə edib.
NBC Bank gənc iqtisadçıları mükafatlandırdı - FOTO
NBC Bank gənc iqtisadçıları mükafatlandırdı - FOTO
O bildirib ki, İqtisadiyyat İnstitutu 60 il ərzində addım-addım irəliləyib və elm sahəsində flaqman rolunu oynayıb. İqtisadiyyat İnstitutunun ötən dövrdəki nailiyyətlərini qeyd edən akademik onun fəaliyyətini yüksək qiymətləndirib və bundan sonra da Azərbaycan iqtisad elminin, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.Yubiley tədbirində İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov son illər rəhbərlik etdiyi elmi müəssisənin həyatında baş verən yeniliklərdən, əldə olunan nəticələrdən və həyata keçirilən məqsədyönlü islahatlardan, xarici elmi dairələrin diqqətini çəkən fundamental tədqiqatlardan söhbət açıb.Tədbirdə çıxış edən digər ictimai xadimlər və məmurlar Azərbaycan iqtisadiyyatının inkişafından bəhs edib.
NBC Bank gənc iqtisadçıları mükafatlandırdı - FOTO
NBC Bank gənc iqtisadçıları mükafatlandırdı - FOTO
İclasda gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitunun 60 illiyinə həsr olunmuş NBC Bank-ın baş sponsorluğu və “Nicos” kosmetika şirkətinin sponsorluğu ilə keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri də elan olundu. Onlara diplom və pul mükafatları təqdim edildi (üçüncü yer üçün hər biri 500 AZN olmaqla 3 mükafat, ikinci yer üçün hər biri 1000 AZN olmaqla 2 mükafat və birinci yer üçün 1500 AZN məbləğində 1 mükafat).Mirvari Qəzənfərli 3-cü yerCeyhun Hüseynov 3-cü yerŞəhzadə Mədətova 3-cü yerŞəhriyar Muxtarov 2-ci yerŞahin Əkbərov 2-ci yerLeyli Allahverdiyeva 1- ci yer,
NBC Bank gənc iqtisadçıları mükafatlandırdı - FOTO

Təntənəli iclasdan sonra elmi konfrans öz işinə başlayıb. Gənc alimlərin iqtisadi artımın təmin edilməsi, iqtisadi fəaliyyət sahələri və sosial müdafiə sistemi və sosial rifahın yaxşılaşdırılması bölmələri üzrə məruzələri dinlənildi.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər