Nazirlikdən vergilərin ödənilməsi ilə bağlı güzəşt
Yeniliklərdən dərhal xəbərdar olun
Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.
Bu barədə BAKU.WS-ə Vergilər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 2020-ci ilin martın 31-dək idi.
Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart-3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart-4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Bu səbəbdən Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.
Oxşar xəbərlər
Anar Əliyev: “Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb”
BAKU.WS xəbər verir ki, “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyevin “Report”a müsahibəsi:- Anar müəllim, istərdim ki, öncə son ayların ən çox müzakirə olun...