Nazirlik: Ermənistanda pensiyaların Gürcüstan və Azərbaycandan yüksək olması barədə fikir reallıqdan uzaqdır

Nazirlik: Ermənistanda pensiyaların Gürcüstan və Azərbaycandan yüksək olması barədə fikir reallıqdan uzaqdır
İqtisadiyyat 877
Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev BAKU.WS-ə açıqlamasında deyib.E.Babayev bildirib ki, bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir.2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri
ÖlkəPensiyanın orta aylıq məbləği (ABŞ dolları ilə)
Azərbaycan126,69
Ermənistan78,52
Belarus154,43
Gürcüstan54,27
Qazaxıstan201,45
Qırğızıstan73,17
Moldova82,07
Rusiya214,95
Tacikistan31,03
Ukrayna72,98
BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Pensiyaçılara şad xəbər - bu gündən başlayaraq...

Pensiyaçılara şad xəbər - bu gündən başlayaraq...

"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesa...

14038 Sosial 16:47 16 yanvar 2018

Son xəbərlər