Nazir: “Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib” - FOTO
21
sen
2022
12:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-avqust aylarında ümumdaxili məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 milyard 880,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 milyard 303,5 milyon manat olub.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında məlumat yayıb.
Bildirilib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib:
“Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı”.
Oxşar xəbərlər
Azərbaycanda 2026-cı ilədək qeyri-neft ÜDM-nin artımı 4,5-5,1 % intervalında olacağı gözlənilir
Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə baza ssenaridə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə...