Nazir müavini ölkədə qiymət artımından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə çıxışı zamanı ölkədə qiymət artımı ilə bağlı məsələyə münasibət bildirib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanda qiymət dəyişikliyinə təsir edən amillərdən biri də dünyada baş verən amillərdir.
"Pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyata mühüm təsir göstərib. Nəticədə Azərbaycana idxal edilən məhsulların qiymətində artım baş verib", - deyə o bildirib.
O qeyd edib ki, ötən ilə nisbətən idxal indeksi 23.1 faiz artıb.
Nazir müavini Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə də qeydə alınan inflyasiyanın ölkəmizə təsir etdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Mərkəzi Bankdan manatla bağlı QƏRAR
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. BAKU.WS "report"a istinadən...