Nazir: Azərbaycanda banklardan 100 milyon manatdan çox qanunsuz vəsait çıxarılıb
Ötən dövr ərzində qanunsuz yolla banklardan 100 milyon manatdan çox vəsait çıxarılıb. Bu da şirkətlərin nə qədər vəsait nağdlaşdırması barədə bankların hesabat verməli olduğunun vacibliyini göstərir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov deyib. Nazir deyib ki, məhz 1%-lik nağdlaşdırma vergisi banklara nəzarət funksiyasını daşıyır. Nazir, bu 1 faizin nə vergi daxilolmalarına, nə də biznes mühitinə əhəmiyyətli təsir göstərmədiyini qeyd edib.
Fazil Məmmədov həmçinin vergi sistemində aparılmış islahatlara da toxunub və deyib ki, vergi ödəyiciləri ilə yeni sistem və prinsiplərlə işlənilməsi nəzərdə tutulur.
Nazir, vergi ödəyicilərinin də şəffaf fəaliyyət göstərməli olduğunu vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
Nazir əmr verdi: bəzi idarələr ləğv edildi, yeni departamentlər yaradıldı
Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində bir sıra struktur dəyişiklikləri aparılıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən mə...