Nazir: Azərbaycanın D-8-ə qoşulması Pakistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır
Azərbaycanın D-8-ə qoşulması Pakistan və digər üzv dövlətlərlə ticarətin inkişafı, investisiyaların cəlb edilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə bildirib.
"Ötən il Azərbaycan Pakistanın da üzvü olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv olub və bununla da təşkilat çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə edib. Azərbaycanın D-8-ə üzv olması digər üzv ölkələrlə, o cümlədən Pakistanla ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açır", - nazir deyib.
O, ölkələr arasında əməkdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi, müdafiə, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
"Azərbaycan-Pakistan münasibətləri təkcə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri ilə məhdudlaşmır, o, həm də qardaşlıq və qarşılıqlı etimada əsaslanan dostluq nümunəsidir", - Vüqar Mustafayev söyləyib.
O, Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib: "İqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da gücləndirilməsi əsas strateji hədəflərimizdir".
Oxşar xəbərlər
Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb
Londonun ICE birjasında noyabr ayı üzrə tədarükü nəzərdə tutulan Brent markalı neft fyuçerslərinin qiyməti 3,5%-dən çox artaraq bir barel üçün 109 dollardan yux...