Nazir 10 ay ərzində ayrılan güzəştli kreditin həcmini açıqladı - FOTO

Nazir 10 ay ərzində ayrılan güzəştli kreditin həcmini açıqladı - FOTO
İqtisadiyyat 73

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2 195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb”.

BAKU.WS xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında paylaşım edib.

Nazir bildirib ki, güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər