Naxçıvanın gələn il gözlənilən büdcə gəlirlərinin strukturu açıqlanıb
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 493,2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da 207,4 milyon manatını yerli gəlirlər təşkil etməlidir.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Naxçıvan Muxtar Respublikasının 2025-ci il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9 % çoxdur.
Gələn il Naxçıvanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 46,9 milyon manat (bu ilin proqnozuna nisbətən 9 % çox), hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların 17 milyon manat (28,8 % çox), hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların 0,3 milyon manat (eyni qalıb), hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 2,4 milyon manat (14,3 % çox), əlavə dəyər vergisi üzrə daxilolmaların 60,8 milyon manat (15,6 % çox), sadələşdirilmiş vergi üzrə daxilolmaların 5 milyon manat (11,1 % çox), aksiz vergisi üzrə daxilolmaların 50,5 milyon manat (eyni qalıb), yol vergisi üzrə daxilolmaların 12 milyon manat (eyni qalıb), mədən vergisi üzrə daxilolmaların 1,3 milyon manat (eyni qalib), dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi üzrə daxilolmaların 0,15 milyon manat (87,5 % çox), dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmaların 0,1 milyon manat (41,7 % çox), dövlət rüsumu üzrə daxilolmaların 7 milyon manat (8,9 % çox), büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmaların 2,6 milyon manat (30,7 % az), vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların 0,25 milyon manat (56,3 % çox), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu üzrə daxilolmaların 0,7 milyon manat (bu il olmayıb), sair daxilomaların isə 0,7 milyon manat (15,7 % az) olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib. Bu barədə BAKU.WS Azərbaycan Mərkəzi B...