Naxçıvandakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasındakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən, Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...