Naxçıvan aeroportunun tabeliyindəki şirkət ləğv edilir
08
avq
2024
11:37
Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyindəki “Aeroport Taksi” MMC ləğv olunduğunu elan edib.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Naxçıvan aeroportuna bildirə bilərlər.
Xatırladaq ki, “Aeroport Taksi” 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hesablama Palatası ötən il keçirdiyti yoxlamalar zamanı şirkətin fəaliyyətində nöqsanlar aşkar edib.
Oxşar xəbərlər
Ölkə başçısından Azərbaycan Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844...