“Nar Wi-Fi” ilə 4G artıq evinizdə

“Nar Wi-Fi” ilə 4G artıq evinizdə
İqtisadiyyat 963
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısını təqdim edir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcək.Yeni mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün “Nar Wi-Fi” ruterini özünüzlə götürmək yetərlidir ki, qısa müddətdə 4G interneti evinizdə olsun. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi 20 Mbps sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. Avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edəcək, həm də 6 aya qədər internetə çıxış imkanı qazanacaqlar. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşəcək. Azərbaycada kiçik və orta biznesin inkişafı üçün yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi”-ın müştərinin növünə (pərakəndə və ya biznes) görə fərqli, sərfəli qiymətləri, sürət və internet həcminə görə isə müxtəlif paket variantları var. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. “Nar Wi-Fi” və cihazın satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Son xəbərlər