Muxtar Babayev: COP29 Paris sazişi üçün həlledici sınaq olacaq
COP29 həm Paris sazişi, həm də çoxtərəflilik üçün həlledici sınaq olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29 açılışında deyib.
Onun sözlərinə görə, Azərbaycan sədrliyi COP29-un inklüziv, şəffaf və qərəzsiz keçirilməsinə sadiqdir.
M.Babayev vurğulayıb ki, Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib və burada sözlərdən hərəkətə keçmənin vacibliyi vurğulanıb:
"İl ərzində COP29 sədrliyi hər kəsin problemlərini, narahatlıqlarını və prioritetlərini dinləyib. COP28-dən sonrakı ilk altı ay ərzində ekstremal hava şəraitinin iqtisadi nəticələri 41 milyard dollara çatıb. Cənub-Şərqi Asiyada "Yaqi" tayfunundan tutmuş ABŞ-da "Milton" qasırğasına qədər hər kəs əziyyət çəkir. Hesab edirik ki, COP29 sədrliyinin ambisiyaları artırmaq və fəaliyyəti gücləndirməyə yönəlmiş baxışı ilə geniş razılıq mövcuddur. Biz həmçinin rəsmi prosesə əlavə olaraq COP29 Fəaliyyət Proqramını da başlatdıq".
Oxşar xəbərlər
Azərbaycan Rusiya ilə "Şimal-Cənub"la tranzit yükdaşımalarına dair saziş imzalayıb
Azərbaycan və Rusiya arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb. BAKU...