Mərkəzi Bankın qadağası sadə vətəndaşlara necə təsir edəcək?
Bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının banklara internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarını məhdudlaşdırmağı tapşırdığı xəbərləri yayılmışdı.
Belə ki, "Hüquqi şəxslərdən nağdılaşdırma zamanı 1%-lik vergi tutulur. Beləliklə, hüquqi şəxslər fiziki şəxslərin (sahibkar olmayan - red.) hesabına köçümə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı məhz vergidən yayınmanın qarşısını almağa hesablanıb", - deyə xəbərdə bildirilir.
BAKU.WS mövzu ilə bağı iqtisadçı-ekspert Vüqar Bayramovun məsələyə münasibətini öyrənib:
"Qanuna edilən dəyişikliklərlə əlaqədar sadələşmiş vergi ödəyiciləri 15 min manat nağdlaşdırma imkanına malikdirlər. Əlavə dəyər vergisini ödədikdən sonra bu məbləğ 30 minədək artır. Biz təklif edilir ki, nağdlaşdırmada əlavə dəyər vergisinin ödəyiciləri üçün, həmin müəssisənin, şirkətin dövriyyəsinə uyğun olaraq müəyyənləşdirilsin. Məsələn: hüquqi və fiziki şəxslərə ayda 30 min manat limit təyin edilir. Amma elə şirkətlər var ki, onların aylıq dövriyyəsi on milyonlarla ölçülür. Elə şirkət də var ki, dövriyyələyi 300-400 min manata çatır. Nəticədə hər iki hüquqi şəxs əlavə dəyər vergisi ödəyicisi olaraq ayda yalnız 30 min manat nəqdləşdirə bilirlər. Belə olan halda həm hüquqi, həm də fiziki şəxslər bir sıra məhdudiyyətlərlə qarşılaşırlar. Təklif edilir ki, belə olan halda nağdlaşdırmanın şirkətin daxili dövriyyəsinin 3-də biri həcmində həyata keçirilmək hüququna malik olsunlar. Eyni problem köçürmələrlə də bağlı yaşanır. Bünun üçün də köçürmələr zamanı da dövriyyənin həcmi nəzərə alınmalıdır. Nəzərə alınmadığı təqdirdə bu hal həm fiziki həm də hüquqi şəxslərin fəaliyyətlərinə mənfi təsir göstərir.”
Xatırladaq ki, Milli Məclis 2016-cı ilin dekabrın 16-da "Nağdsız hesablaşmalar haqqında” qəbul etdiyi qanuna görə banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankın banklara qoyduğu qadağanın səbəbi bilindi
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də axşam saatlarında ölkədə fəaliyyət göstərən banklara məktub göndərib. Bu barədə "APA-Economics"ə bank sektorundakı...