Mərkəzi Bankın manat qərarı kreditləri bahalaşdıracaq

Mərkəzi Bankın manat qərarı kreditləri bahalaşdıracaq
İqtisadiyyat 2129

 

"Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq Mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev AMB-nin manatın uçot dərcəsini qaldırması ilə bağlı qərarına münasibət bildirərkən söyləyib. Mütəxəssis hesab edir ki, əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib:

"Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. MB-nin bu addımını inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir".

İqtisadçının fikrincə, bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq: "Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub", - deyə mütəxəssis əlavə edib.

BAKU.WS

Oxşar xəbərlər

Manatın taleyi necə olacaq?

Manatın taleyi necə olacaq?

Yanvar ayının ortalarından başlayaraq Mərkəzi Bank manatın məzənnəsini möhkəmləndirməyə davam edir. Ötən ayın 13-də MB 21 dekabr devalvasiyasından sonra ilk dəf...

1415 İqtisadiyyat 15:18 11 fevral 2016

Son xəbərlər