Mərkəzi Bank banklara nağd xarici valyutanın alqı-satqı məzənnələrini müstəqil təyin etmək səlahiyyətini verib

Mərkəzi Bank banklara nağd xarici valyutanın alqı-satqı məzənnələrini müstəqil təyin etmək səlahiyyətini verib
İqtisadiyyat 1014
Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Mərkəzi Bankın (AMB) təsdiqlədiyi   "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb. Yeni qaydalarda göstərilir ki, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Yeni tələblərə görə, əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks olunmalıdır. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz. Yeni qaydalarda ən maraqlı məqam odur ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Bu zaman əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınmalı və şöbədə quraşdırılmış lövhədə əks etdirilməlidir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilməlidir. Bundan başqa, yeni qaydalara əsasən Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır. BAKU.WS

Oxşar xəbərlər

500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq

500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq

Azərbaycanda nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını tə...

1051 Sosial 09:05 07 yanvar 2016

Son xəbərlər