Mərkəzi Bank banklara 31 mln dollar satdı

Mərkəzi Bank banklara 31 mln dollar satdı
İqtisadiyyat 907
 

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.

BAKU.WS-in məlumatına görə, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 3 bank tərəfindən məcmu tələb 31 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar yenə ucuzlaşdı (RƏSMİ)

Azərbaycanda dollar yenə ucuzlaşdı (RƏSMİ)

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə ve...

1961 İqtisadiyyat 09:08 03 fevral 2016

Son xəbərlər