Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib. Dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib.Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik.
Oxşar xəbərlər
Bu günün sığortası gələcəyimizin təminatıdır
İngilislərin yaxşı bir misalı var. “My home is my castle”- “Mənim evim mənim qalamdır”. Bu qalanı qorumaq isə hər bir mülkiyyətçinin borcudur. Baş verə biləcək...