Bank of Baku-dan Dostlara Yeni İl Kampaniyası – Hər 50 AZN istifadəyə 1 AZN ödəniş!
21
dek
2017
11:40
Bank of Baku Yeni ildə dostlarını sevindirəcək yeni kampaniyaya start verir.Yeni ilə ÖZƏL olaraq start verilən kampaniya çərçivəsində Bank, “Dostlar Klubu” kredit kartları üzrə komissiyalara ENDİRİM tətbiq edəcək. Belə ki, Gümüş, Qızıl və Brilliant kart sahibləri kampaniya çərçivəsində təcili kredit xətti üzrə istifadə etdikləri hər 50 AZN üçün sadəcə 1 AZN komissiya ödəyəcəklər. Yəni, 50 AZN istifadə üçün 51 AZN, 100 AZN istifadə üçün 102 AZN və s. ödəmə imkanları olacaq. Kampaniya şərtlərinə əsasən güzəştli komissiyalar aşağıdakı kimidir:İstifadə edilən məbləğ 50 AZN-dək və 50 AZN olduqda –1 AZN İstifadə edilən məbləğ 51 AZN-dən 100 AZN-dək və 100 AZN olduqda - 2 AZNİstifadə edilən məbləğ 101 AZN-dən 150 AZN-dək və 150 AZN olduqda - 3 AZNİstifadə edilən məbləğ 151 AZN-dən 200 AZN-dək və 200 AZN olduqda - 4 AZNİstifadə edilən məbləğ 201 AZN-dən 300 AZN-dək və 300 AZN olduqda - 6 AZNİstifadə edilən məbləğ 301 AZN-dən 400 AZN-dək və 400 AZN olduqda - 8 AZNYeni il Kampaniyasında Dostlar Klubunun bütün köhnə və yeni üzvləri iştirak edə bilər. Bank of Baku-nun “Dostlar Klubu”na üzv olmayan şəxslər isə “Dostlar Klubu”na qoşulmaqla aşağıdakı kartlardan birini əldə edə və kampaniyadan faydalana bilərlər:Gümüş Standart – Kredit məbləği: 100 AZN-dək;Gümüş – Kredit məbləği: 200 AZN-dək;Qızıl – Kredit məbləği: 300 AZN-dək;Brilliant – Kredit məbləği: 400 AZN-dək. Kampaniya 20 dekabr 2017 – 05 yanvar 2018-ci il tarixlərində keçərlidir və komissiyalara edilmiş endirimlər yalnız bu dövrə şamil edilir.Qeyd edək ki, kampaniya dövrü bitdikdən sonra istifadə edilən məbləğlərə cari şərtlərə əsasən komissiya hesablanacaq.Kampaniya haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar. Daha ətraflı:145 Məlumat Mərkəziwww.bankofbaku.com www.facebook.com/bankofbaku
Oxşar xəbərlər
Bank of Baku-dan Dostlara ÖZƏL Nağd Pul Kreditinə 3% ENDİRİM və ödənişlərə 3 AY MÖHLƏT!
Bank of Baku, həm köhnə, həm də yeni dostlarını SEVİNDİRƏCƏK güzəştli kredit kampaniyasına start verir. Belə ki, “Dostlar klubu” üzvlərinə ÖZƏL olaraq start ver...