Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb

Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb
İqtisadiyyat 1081
Milli Aviasiya Akademiyasında tədris ili ərəfəsində tam yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrasının korpusu fəaliyyətə başlamışdır.Sentyabrın 12-də AZAL Prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, professor-müəllim heyəti kafedrada yaradılmış şərait ilə tanış olmuşdurlar. “Azərbaycan Hava Yolları” QSC-nin və onun struktur bölməsi olan “Azəraeronaviqasiya” HHİ-nin dəstəyi ilə kafedra müasir tələblərə uyğun tam müasirləşdirilmişdir.Kafedrada tədris prosesi üçün zəruri olan yeni interfeyslər və texnologiyalar tətbiq olunmuşdur. Kafedranın tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılmışdır və ICAO Doc.10056 (“HHİ-nin dispetçerləri qismində təlim və qiymətləndirmə") rəhbər prinsiplərinin tələblərini, Avropa uçuşların təhlükəsizliyi standartları (EASA), həmçinin mülki aviasiya mütəxəssislərinin hazırlığı və təlimi təşkilatlarına (ATO) dair Avropa komissiyasının №2015/340 reqlamentinin beynəlxalq standartlarını əks etdirir.Eyni zamanda, Almaniya “DFS-Academy” Aeronaviqasiya Akademiyasının “DFS e-learning” auditoriyası istismara verilmişdir. “DFS-Academy” tərəfindən həyata keçirilən məsafədən daxil olmaqla tədris proqramı 12 fənnə əsaslanır. Tədris bilavasitə “DFS-Academy”-nin məlumat bazası vasitəsilə onlayn rejimdə həyata keçirilir.Milli Aviasiya Akademiyası və Almaniya Aeronaviqasiya Akademiyası arasında əldə olunan razılaşmaya əsasən, Bakıda DFS Almaniya Aeronaviqasiya institutun yaradılması planlaşdırılır. Bu, milli kadrların peşəkar hazırlıq səviyyəsini artıracaq və bu ixtisas üzrə xarici tələbə axını cəlb edəcək.İnstitut HHİ qülləsinin real imitasiyası və 360 dərəcə tam görünüş sahəsi ilə peşəkar 3D trenajorla təchiz olunacaq. MAA-nın müəllimləri bu tədris metodu çərçivəsində xüsusi hazırlıq keçəcəklər.Qeyd edək ki, “Aeronaviqasiya” kafedrası 2008-ci ildən fəaliyyət göstərir və “Hava hərəkətinin idarə olunması” və “Aeronaviqasiya təminatı” ixtisasları üzrə bakalavr hazırlığını həyata keçirir. Həmçinin “Hava hərəkətinin idarə olunması mühəndisliyi” ixtisası üzrə magistr hazırlığını həyata keçirir. Hazırda kafedrada 117 tələbə təhsil alır.Kafedranın müəllim heyətinə AZANS-ın aparıcı mütəxəssislərinin cəlb olduğunu nəzərə alaraq, mülki aviasiyanın bu mühüm sahəsinin tədris prosesinə real təcrübə təmin olunur.BAKU.WS

Son xəbərlər