Millət vəkili: "Dövlətin kriptovalyuta bazarına diqqəti zəruridir"
Yeniliklərdən dərhal xəbərdar olun
Kriptovalyuta bazarında qeyri-stabil vəziyyət dövlətin bu sahəyə diqqətinin artırılmasına zərurət yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, qeyd olunan sahə innovativ olsa da, vətəndaşların sosial mövqeyi tərəfindən olduqca riskli hesab olunur.
“Düşünürəm, bu məsələyə dair daha çox araşdırmaya ehtiyac var. Baş verən qiymət oynaması, “Bitcoin”in qiymətini sürətlə enməsini görürsünüz.
Hətta 80 ABŞ dollarına satılan bəzi kriptovalyutaların qiyməti sıfırlanıb. Kifayət qədər pul itirənlər var. Yəni bu məsələ çox innovativ bir məsələ olsa da, vətəndaşların sosial mövqeyi baxımından çox risklidir və dövlət burada hökmən ehtiyatlı olmalıdır. Yoxsa itkinin sayı o qədər böyük ola bilər ki, qarşısını almaq olmaz”, - deyə Tahir Mirkişili qeyd edib.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...