Mikayıl Cabbarov: “Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinə ağır itki üz verib: “Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat edib”.
Oxşar xəbərlər
Nazir: “Neft-qaz gəlirlərinin iqtisadi şaxələndirməyə yönləndirilməsi gücümüzü artırır” - FOTO
Neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun genişləndirilməsinə yönləndirilməsi Azərbaycanın dayanıqlı və davamlı inkişafın...