Mikayıl Cabbarov: "Qeyri-neft sektorunun artımı strategiya hədəfini üstələyib"

Mikayıl Cabbarov: Qeyri-neft sektorunun artımı strategiya hədəfini üstələyib
İqtisadiyyat 46

2022–2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 % səviyyəsində proqnozlaşdırılır.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, büdcə layihəsi hazırlanarkən həm xarici, həm də daxili amillər nəzərə alınıb:

"Dünya iqtisadiyyatında qeyri-müəyyənliklər qalmaqdadır. Bunun fonunda Azərbaycanda cari ildə dayanıqlı inkişaf müşahidə olunur. 2025-ci ildə gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 % səviyyəsində proqnozlaşdırılır. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur və bu sahədə dörd illik dövr üzrə ÜDM-in orta illik artımının 6,1 % olacağı gözlənilir. Bu göstərici strategiyada müəyyən edilmiş hədəfdən daha yüksəkdir".

Son xəbərlər