Mikayıl Cabbarov: "Qəbələdə tikiləcək zavod idxaldan asılılığı azaldacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi ilə rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, "Gabala Beverage Company" şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşdə şirkətlə əməkdaşlıq məsələlərini və biznes təşəbbüslərini müzakirə edilib.
"Regionlara investisiyaların cəlb edilməsini, Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işləri, layihənin məşğulluğun təşviqi, rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması baxımından perspektivlərini qeyd etdik", - deyə M. Cabbarov bildirib.
"Gabala Beverage Company" şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşdə şirkətlə əməkdaşlıq məsələlərini və #biznes təşəbbüslərini müzakirə etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 29, 2026
Regionlara #investisiya-ların cəlb edilməsini, Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən… pic.twitter.com/GQTlB9tapI
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...