Mikayıl Cabbarov İsveçrədə "Coca-Cola" şirkətinin rəsmisi ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir M.Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivləri müzakirə etdik", - paylaşımda qeyd olunub.
Prezident İlham Əliyevin (@azpresident) Davos İqtisadi Forumunda (@wef) iştirakı çərçivəsində "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman (@mgol1068) ilə görüşdük. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr, #investisiya… pic.twitter.com/q1rsz2bA1C
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 22, 2026
Oxşar xəbərlər
İndiyədək 263 KOB subyektinə "Startap" şəhadətnaməsi təqdim edilib
"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub. BAKU.WS xəbər verir ki,...