Mikayıl Cabbarov Heydər Əliyevin 102 illiyi ilə bağlı paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Ümummilli lider Heydər Əliyev xalqını çətin və taleyüklü sınaqlardan uğurla çıxaran, ölkəmizin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibətilə etdiyi paylaşımda qeyd edib.
O bildirib ki, Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmləndi, bugünkü güclü və müasir Azərbaycanın təməli qoyuldu:
"Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin dinamik yüksəlişinin əsasını təşkil edir. Bu strateji xəttin bünövrəsində dayanan milli dövlətçilik amalları hər birimiz üçün zəngin örnəkdir. Ulu öndər Heydər Əliyevi 102-ci ildönümündə ehtiramla anır, əziz xatirəsini dərin hörmətlə yad edirik".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...