Mikayıl Cabbarov Əli Pervaiz Malik ilə görüşüb

Mikayıl Cabbarov Əli Pervaiz Malik ilə görüşüb
İqtisadiyyat 50

İqtisadiyyat Nazirliyində Pakistanın neft naziri ilə keçirilən görüşdə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

BAKU.WS xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında sənaye, ticarət və logistika istiqamətləri üzrə tərəfdaşlığın genişləndiyi nəzərə çatdırılıb. Özəl sektor nümayəndələrinin iştirakı ilə mütəmadi keçirilən tədbirlərin işgüzar dairələr arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə töhfə verdiyi bildirilib.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsi, enerji sahəsində həyata keçirilən qlobal layihələr və yaşıl enerji üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparıblar.

***16:45

İqtisadiyyat naziri Mikayıl Cabbarov 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Malik ilə görüşüb.

BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov bu barədə "X" hesabında yazıb:

"Ölkələrimizin iqtisadi əməkdaşlığının şaxələndirilməsi, enerji sektorunda həyata keçirilən qlobal layihələr və yaşıl enerji sahəsində iş birliyi imkanları barədə fikirlərimizi bölüşdük".

   

Son xəbərlər