Mikayıl Cabbarov Əlcəzairdə İslam İnkişaf Bankının təhvilalma mərasimində iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildəki İllik Toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı Əlcəzairdə ev sahibliyini təhvilalma mərasimində iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Ölkəmizə göstərilən yüksək etimada görə İİB Qrupuna təşəkkürümüzü bildiririk. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin islam maliyyə institutları ilə əməkdaşlığının güclənməsinə, yeni investisiya imkanlarının yaranmasına və dayanıqlı iqtisadi inkişafa təkan verəcək. Mərasim çərçivəsində, həmçinin İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantıları üçün təminatlara dair anlaşma memorandumu imzaladıq".
İslam İnkişaf Bankı (İİB) (@isdb_group) Qrupunun 2026-cı ildəki İllik Toplantısı #Azərbaycan-da keçiriləcək. Bununla əlaqədar #Əlcəzair-də ev sahibliyini təhvilalma mərasimində iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə İİB Qrupuna təşəkkürümüzü bildiririk.
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 22, 2025
Bu… pic.twitter.com/7XGVjnuWiC
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...