Mikayıl Cabbarov dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşçilərini təbrik edib
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanan yunan-Roma güləşçilərini təbrik edib.
BAKU.WS-in məlumatına görə, o, bu barədə "X" hesabında yazıb.
"Albaniyanınnın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik", - deyə paylaşımda bildirilib.
Our wrestlers have proudly secured 3 gold medals at the #WorldChampionship in Tirana, #Albania.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 4, 2024
Eldaniz Azizli made history as #Azerbaijan’s first 4-time world champion in wrestling. Nihat Mammadli and Ulvu Ganizade achieved their first World Championship titles. Our Greco-Roman… pic.twitter.com/89EhfHeZv9
Oxşar xəbərlər
"Qoşadaş" sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" sahəsində 3D OBN (Ocean Bottom Node, Dəniz Dibi Nodlar) seysmik çöl işlərinin aparılmasına hazırlıq məq...