Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib

Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
Foto
İqtisadiyyat 40

"Həmkarlarla "Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar" mövzusunda keçirilən paneldə iştirak etdik".

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında paylaşım edib.

"Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, yaşıl enerji resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr apardıq", - M.Cabbarov qeyd edib.

Son xəbərlər