Mikayıl Cabbarov: “Daxili investisiyalarda artım 20,5% təşkil edib” - FOTO

Mikayıl Cabbarov: “Daxili investisiyalarda artım 20,5% təşkil edib” - FOTO
İqtisadiyyat 82

“Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb”.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında bildirib.

“Daxili investisiyalarda artım 20,5% təşkil edib. Dövlət mülkiyyətində olan qurumların kapital qoyuluşları 21,5%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar (ABƏŞ istisna olmaqla) 11,4% artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə 22,3%-lik artım da əhəmiyyətli göstəricidir”, - nazir qeyd edib.

Oxşar xəbərlər

Son xəbərlər