Mikayıl Cabbarov: Biz xaricdən gələn istedadlara da açığıq
Yeniliklərdən dərhal xəbərdar olun
"Orta məktəb təhsili şagirdləri məhz gələcək rəqəmsal iqtisadiyyata hazırlamalıdır. Bu səbəbdən bizim nəyi necə tədris etməyimiz, öyrənmə prinsipini necə tədris etməyimiz və həyat boyu öyrənmə çox vacib məsələlərdir".
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.
Nazir vuröulayıb ki, bu işdə yalnız öz kadr rezervimizə fokuslanmaq kifayət deyil:
"Biz xaricdən gələn istedadlara da açığıq. Bu da "Yüksəkixtisaslı Miqrant Proqramı" ilə dəstəklənir. Açar innovasiya səriştələri əsas kriteriyalar arasındadır. Biz investisiyaların qaytarılmasını görürürkmü? Bəli, görürük".
Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...