Mikayıl Cabbarov: "Azərbaycan Türkmənistanla birgə təşəbbüslərin təşviqini müzakirə edib"
Azərbaycan və Türkmənistan biznes tərəfdaşlığını şaxələndirilməsini və birgə təşəbbüslərin təşviqini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.
Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğuladıq.
Biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi və regional iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - nazir qeyd edib.
🇦🇿🇹🇲 #Azərbaycan və #Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 8, 2026
Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, cənab Prezident… pic.twitter.com/gWkUXjIiMD
Oxşar xəbərlər
SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Zimbabve Milli Assambleyası arasında enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarına dair fikir...