Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71.5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır".
BAKU.WS xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, son 20 ildə həyata keçirilən siyasət iqtisadiyyatın strukturunun müsbətə doğru dəyişməsinə imkan verib.
"20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 faizə çatmırdı, 43.5-43.6 faiz civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur. Baxmayaraq ki, qeyd etdiyim bu 20 illikdə, - yəqin xatırlayırsınız, - ölkədə kifayət qədər böyük və bizim müasir iqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb. Bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verib", - deyə o bildirib.
Oxşar xəbərlər
İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək?
Məlum olduğu kimi, Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişini parlamentdə təsdiqləyib. Bəs sülh sazişi imzalanmadan marşrutun işə düşməsi mümkündürmü? Mövzu...